Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kim milyoner olmak ister?”də 5 milyon qazandı – VİDEO

“Kim milyoner olmak ister?”də 5 milyon qazandı – VİDEO

Tarix: 25 Mart 2024 10:26

Türkiyədə "Kim milyoner olmak ister?" televiziya yarışmasında ilk dəfə 5 milyon lirə (təxminən 263 min manat) qazanılıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki,  sözügedən rekord məbləği qazanan iştirakçı Berk Göktaş olub. 

O, "Baxara surəsində onlara bildirçin əti və halva verilməsinə baxmayaraq, İsrailoğullarının "Biz bir çeşid yeməyə dözə bilmərik" deyə isyan edib Həzrəti Musaya "Allahına dua et də versin" deyərək istədikləri arasında hansı yoxdur" sualına "Noxud" deyə düzgün cavab verərək məbləği qazanıb. 

Qeyd edək ki, bu mükafat verilişin tarixində ilk dəfə qazanılsa da, 5 milyonluq sual ikinci dəfə səslənib. 

Milli.Az


Etiketlər:  Kim milyoner olmak isterdə 5 milyon qazandı VİDEO


RƏYLƏR