Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul etdi

BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul etdi

Tarix: 25 Mart 2024 19:48

BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub. Qanun layihəsi 14 "hə" və 1 "bitərəf" səsi ilə qəbul edilib. ABŞ səsvermədə bitərəf qalıb.

Danışıqlardan sonra qətnamə layihəsində "daimi atəşkəs" ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda "daimi" ifadəsini "qalıcı" ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.

Qeyd edək ki, oktyabrın 7-dən sonra Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Milli.Az


Etiketlər:  BMT Qəzza ilə bağlı qətnamə qəbul etdi


RƏYLƏR