Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşasaydı 49 yaşı olacaqdı...

Yaşasaydı 49 yaşı olacaqdı...

Tarix: 25 Mart 2024 20:36

Dünən mərhum deputat Qənirə Paşayevanın doğum günü idi. O, 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 

Milli.Az yenisabah.az-a istinadla bildirir ki, Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi. 

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü. 

28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib. 

29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Subay idi. Firuzə adlı mənəvi qızı var idi. 

Allah rəhmət eləsin! 

Milli.Az


Etiketlər:  Yaşasaydı 49 yaşı olacaqdı


RƏYLƏR