Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir həftə əvvəl “OMON”un itləri ilə gəlmişdilər'' - İslamın Azərbaycan mətbuatına müsahibəsi

''Bir həftə əvvəl “OMON”un itləri ilə gəlmişdilər'' - İslamın Azərbaycan mətbuatına müsahibəsi

Tarix: 25 Mart 2024 21:34

"Terrorçulardan birini gördüm, onun saqqalı vardı və yaşıl hərbi formada idi. İnsanları təhlükəsiz çıxışa aparmağa qərar verdim. Çox qorxulu anlar idi. Qorxurdum ki, üstümüzə qumbara atar, atəş aça bilərlər".

Bunu APA-nın Moskva müxbiri Fərid Əkbərova müsahibəsində martın 22-də "Crocus City Hall"da baş verən terror aktının canlı şahidi, yüzlərlə insanın həyatını xilas edən qırğız əsilli İslam Xəlilov bildirib.

Qeyd: 2008-ci il təvəllüdlü İslam Xəlilov Moskva vilayətinin Krasnaqorsk şəhərində, terror aktının baş verdiyi "Crocus City Hall"-dan 15 dəqiqəlik piyada məsafədə yaşayır. 8-ci sinif şagirdi olan İslam Qırğızıstandan olan Bəxtiyar və Aypəri Xəlilovların ailəsinin övladıdır.

İslam, terrorun baş verdiyi günü necə xatırlayırsan?

Adi bir iş günü idi. Düz axşam saat 8-də üçüncü zəngdən sonra birinci mərtəbədə gurultulu səslər gəldi. Mən mənfi 1-ci mərtəbədə qarderobda işləyirdim. Çox qəribə səslər idi. Əvvəl heç nə başa düşmədim, terroristlərin filan olduğunu anlamadım. Heç ağlıma da belə şəy gəlmədi. Lakin insanların eskalator tərəfdən qaçdığını görəndən sonra mənə çatdı. Qışqırmağa, insanları səsləməyə başladım. Hamı "atəş açırlar" deyə qışqışırırdı. Mən insanları çıxışa tərəf aparmağa başladım".

Nə qədər vaxt idi "Crocus"da işləyirdin? Qəza çıxışlarının yerini haradan bilirdin?

Bir ilə yaxın müddətdir ki, "Crocus City Hall"da qarderobda çalışırdım. Ona görə də hadisənin baş verdiyi binada qəza çıxışlarının yerini əvvəlcədən bilirdim. Bizə təlim də keçmişdilər, bütün təxliyə çıxışlarının yerlərini göstərmişdilər. Prinsipcə, mən buna hazır idim. Bir neçə həftə bundan öncə mətbuatda terror hücumunun ola biləcəyi ilə bağlı məlumat yayılmışdı. Ona görə də, bir həftə öncə "Crocus"da çox sərt yoxlamalar olmuşdu, "OMON" öyrədilmiş itlərlə gəlmişdilər. Hər şeyi yoxladılar. Başa düşdüyüm qədər yoxlamalardan bir həftə sonra təhlükəsizliklə bağlı zəiflik yaranıb, terrorçular da bundan istifadə ediblər".

İnternetdə yayılan videoda səninlə birgə görüntülənən insanların hamısının çıxdığını gördün?

Qarderobda yüzlərlə adam vardı. Saylarını dəqiq deyə bilmərəm. Mən gözlədim kimi insanlar çıxsın. Daha sonra arxalarınca mən çıxdım. Amma mənim yerimdə kim olsaydı bu cür edərdi.

Terrorun baş verdiyini, orada terrorçuların olduğunu necə anladın?

Mən terrorçuların olda olduğunu öncə anlamadım. Lakin atəş səsləri gələndən sonra başa düşdüm ki, binada terrorçular var.

Terrorçulardan kimisə gördünmü?

Terrorçulardan birini gördüm. Onun saqqalı vardı və yaşıl hərbi formada idi.

O zaman nə hiss etdin? Qorxu hissi vardımı?

Həmin vaxt mən qorxu hiss etdim. Ən çox insan izdihamında qorxdum. Qorxurdum ki, izdihamın üstünə qumbara ata bilərlər, üstümüzə atəş aça bilərlər. Bu, ən qorxulusu idi. Açığını deyim, çox qorxdum. Qorxdum ki, nəsə səhv hərəkətim həm özümün, həm də yüzlərlə insanın həyatına bais ola bilər.

Həlak olanları gördünmü?

Qaçanda yerdə çoxlu cansız cəsədlər gördüm. Onların sayı çox idi.

Hadisə yerini tərk edib, təhlükəsiz yerə çıxandan sonra nə etdin?

Mən artıq təhlükəsizlikdə olanda hiss etdim ki, hər şey geridə qaldı. Evə gələndə valideynlərim şokda idi. Mən onlara baş verənləri danışdım. Bildirdim ki, "Crocus"a hücum olub. Onlar ağlayırdılar. Mən onlara insanları çıxışa aparmağa kömək etdiyimi söylədim.

İnternetdə yayılan, sənin qəhrəmanlığının sübutu olan videonu kim çəkmişdi?

Mən əslində o videonu özüm üçün çəkmişdim. Lakin dostlarım o videonu sosial şəbəkəyə yerləşdirdilər.

Terror hadisəsindən sonra xilas etdiklərindən kimsə səninlə əlaqə saxladımı? Hüquq-mühafizə orqanları səni sorğuya aldımı? Sən axı hadisənin şahidi olmusan...

Hadisələrdən sonra xilas etdiyim insanlardan çoxlu zənglər oldu. Onlar mənə təşəkkürlərini bildirirdilər, maddi yardım edənlər də oldu. Bəli, hüquq-mühafizə orqanları da mənimlə əlaqə saxladı, baş verənləri, gördüklərimi, bildiklərimi soruşdular.

Gələcək planların nədən ibarətdir? Hansı peşəni seçməyi planlaşdırırsan?

Hazırda yaşadığım Krasnoqorsk şəhərindəki məktəbdə 8-ci sinifdə təhsil alıram. Professional futbolçu olmaq istəyirəm. İndi "Spartak" klubunun yeniyetmələrdən ibarət komandasının üzvüyəm.


Etiketlər:  həftə əvvəl OMONun itləri ilə gəlmişdilər İslamın Azərbaycan mətbuatına müsahibəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ