Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda 5 məktəb şagirdlərini mümkün terrora görə təxliyə etdi

Gürcüstanda 5 məktəb şagirdlərini mümkün terrora görə təxliyə etdi

Tarix: 26 Mart 2024 18:30

Gürcüstanın qərbində yerləşən Kobuleti kəndində yerləşən 5 məktəbdə tədris şagirdlər təxliyə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Məlumata görə, buna səbəb sosial şəbəkələrdə sözügedən məktəblərə hücum ediləcəyi ilə bağlı yayılan xəbərlərdir.

Bundan sonra məktəblərdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.

Milli.Az


Etiketlər:  Gürcüstanda 5 məktəb şagirdlərini mümkün terrora görə təxliyə etdi


RƏYLƏR