Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikanın hava hücumu nəticəsində SEPAH-ın hərbi müşaviri ölüb - FOTO

Amerikanın hava hücumu nəticəsində SEPAH-ın hərbi müşaviri ölüb - FOTO

Tarix: 26 Mart 2024 19:52

Suriyada Amerikanın hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İranın Suriyadakı səfirliyi "X" səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.

Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.

"Əl-Hadat" kanalının məlumatına görə, hava zərbələri nəticəsində 2-si komandir olmaqla azı 9 döyüşçü öldürülüb, ən azı 20 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Milli.Az


Etiketlər:  Amerikanın hava hücumu nəticəsində SEPAH ın hərbi müşaviri ölüb FOTO


RƏYLƏR