Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

Tarix: 26 Mart 2024 21:42

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər kolorektal xərçəngi olan 200 xəstənin təqdim etdiyi şiş toxuması nümunələrini araşdırıblar. Daha sonra kolon xərçəngi olan və olmayan insanların nəcisinin bakterial tərkibi təhlil edilib. Məlum olub ki, kolon xərçəngi hallarında şiş strukturlarında müəyyən bir alt tipdə olan bakteriyalar daha çox aşkar edilib.

Xüsusilə, "Fusobacterium nucleatum"un olması kolorektal xərçəngin aqressiv formalarının inkişafı ilə əlaqələndirilib. Tərkibində "Fusobacterium nucleatum" olan kolorektal şişləri olan insanlar (təxminən 50% hallarda) bu bakteriyası olmayan xəstələrlə müqayisədə zəif sağalma və müalicə üçün daha pis proqnoza malikdirlər.

Alimlər qeyd ediblər ki, "Fusobacterium nucleatum" insanın ağız və burun boşluqlarında yaşayır. Şişləri zəbt edən bakteriya növü mədə turşusu ilə öldürülmədən mədə və bağırsaqlara keçməyə imkan verən xüsusi genetik qabiliyyətlərə malikdir. Bu bakteriyalar yoğun bağırsağa çatdıqda təhlükəli, sürətlə böyüyən şişlərin əmələ gəlməsinə səbəb ola bilirlər.


Etiketlər:  Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ