Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan yığmasının FİFA reytinqində mövqeyi

Azərbaycan yığmasının FİFA reytinqində mövqeyi

Tarix: 27 Mart 2024 14:14

Azərbaycan millisi FİFA reytinqinin qeyri-rəsmi onlayn versiyasında irəliləyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız Vyetnamı keçib.

Buna Monqolustan (1:0) və Bolqarıstanla (1:1) matçların nəticələri səbəb olub. Millimiz xal hesabını 1177,83-ə çatdırıb. Bu, yığmamızı 112-ci pilləyə daşıyıb. Böyük xal itkisi ilə üzləşən Vyetnam millisi isə 105-ci pillədən 115-ci yerə yuvarlanıb.

Qeyd edək ki, FİFA millilərin cədvəlini aprelin 4-də açıqlayacaq. Yığmamız son siyahıda 1174,22 xalla 113-cü olub.

Milli.Az


Etiketlər:  Azərbaycan yığmasının FİFA reytinqində mövqeyi


RƏYLƏR