Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2024 19:32
Moskva vilayətində yerləşən "Crocus City Hall"da baş vermiş terror aktında yaralanan şəxslərdən biri 250 metr qaçaraq canını qurtara bilib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Krokusdan yaralanan şəxs kömək üçün ən yaxın otelə üz tutub. Ona ilkin tibbi yardımı otelin restoranının əməkdaşları göstəriblər. Qanaxmanı dayandırmaq üçün yarasına sarğı bağlayıblar.
Xilaskarlardan biri də 17 yaşlı ofisiant Bunafşoh Erkinovdur. Onun Tacikistan və Rusiya vətəndaşlığı var. Yeniyetmə yerror baş verən gün növbədə olub. O, yaralının sarğısına kömək edib və təcili yardım maşını gələnə kimi əlini yaraya sıxıb. Bunun nəticəsində yaralı şəxsin həyatını xilas etmək mümkün olub.