Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskva müsəlmanları iftarı bu dua ilə açdılar

Moskva müsəlmanları iftarı bu dua ilə açdılar

Tarix: 28 Mart 2024 06:16

Moskva Cümə Məscidində bugünkü iftar "Krokus Siti Holl"da terror aktı zamanı həlak olanların ruhuna dua ilə başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Rusiya Müftilər Şurası sədrinin birinci müavini, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rövşən (Ruşan) Abbasov dünyasını dəyişənlərə rəhmət, ailələrinə və yaxınlarına səbr diləyib, teraktı pisləyib.

İftarda Rusiya qəhrəmanları Rail Qabdrahmanov, Rafiq İxsanov, Ənvər Nəbiyev və Sergey Tulin, veteranlar, xüsusi hərbi əməliyyat iştirakçıları və onların ailə üzvləri, Rusiya Federasiyası Prezident Administrasiyasının, Rus Pravoslav Kilsəsinin nümayəndələri, Vətən Fondu, Dövlət Dumasının deputatları iştirak edib.

Milli.Az


Etiketlər:  Moskva müsəlmanları iftarı bu dua ilə açdılar


RƏYLƏR