Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan “Zvartnots”da işləmək üçün sərhədçilərin işə qəbulunu elan etdi

Ermənistan “Zvartnots”da işləmək üçün sərhədçilərin işə qəbulunu elan etdi

Tarix: 28 Mart 2024 11:20

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin "Zvartnots", "Baqrataşen" və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müraciətlər yaşı 30-a qədər olan qadın və kişilərdən qəbul edilir, kişilər üçün hərbi xidmət məcburidir. Namizədlərdən erməni dilindən əlavə, rus və ya ingilis dilini bilmək tələb olunur.

Avqustun 1-dən "Zvartnots" hava limanından rus sərhədçiləri çıxarılacaq, yalnız erməni sərhədçiləri xidmət aparacaq.

Milli.Az


Etiketlər:  Ermənistan Zvartnotsda işləmək üçün sərhədçilərin işə qəbulunu elan etdi


RƏYLƏR