Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəbnəm ancaq toy bazarına işləyir''

''Şəbnəm ancaq toy bazarına işləyir''

Tarix: 28 Mart 2024 11:55

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. 

G.Əliyeva aparıcı Tarix Əliyevin (Tolik) "Qəzənfər Abbasovun tələbəsi olub" sözlərinə "Bilirəm, Şəbnəmlə münasibətimiz gözəldir. Hərənin bir yolu var" cavabını verib. 

Ş.Tovuzlu isə sözügedən açıqlamanı yayımlayaraq "Gözəl sənətkar, xanım, təki hər zaman sizlər bizim haqqımızda fikir bildirin" sözlərini bildirib. 


Etiketlər:  Şəbnəm ancaq bazarına işləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ