Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

Tarix: 28 Mart 2024 12:18

Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyada narahatlıq doğurur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Teleqram səhifəsində paylaşım edib.

O bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur:

"Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır".

Milli.Az


Etiketlər:  Rusiya Ermənistan ABŞ görüşündən narahatdır


RƏYLƏR