Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qufun ölüm xəbəri yayıldı

Qufun ölüm xəbəri yayıldı

Tarix: 28 Mart 2024 19:50

Rusiyalı rep Qufun ölüm xəbəri yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu haqda "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, səhər saatlarında bir şəxs polisə zəng vuraraq, Qufun güllələndiyini deyib. Bildirilib ki, zəng edən şəxs özünü Qufun bacısının keçmiş əri kimi təqdim edib. O, bacısı Olqa Dolmatovanın qardaşını güllələdiyini deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları deyilən ünvana çatanda qapını bir qadın açıb. O, iki ildir burada yaşadığını və əslində bu mənzili Dolmatovun qohumlarından aldığını izah edib. Polis Qufu hadisə yerində tapmayıb. 

Qufun salamat olduğu deyilib. 

Milli.Az


Etiketlər:  Qufun ölüm xəbəri yayıldı


RƏYLƏR