Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbi təyyarə dənizə düşdü

Hərbi təyyarə dənizə düşdü

Tarix: 28 Mart 2024 20:40

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Mixail Razvojayev Teleqram kanalında məlumat verib.

"Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib", - Razvojayev qeyd edib.

Şəhər merinin sözlərinə görə, pilot katapult həyata keçirib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.

Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.

Milli.Az


Etiketlər:  Hərbi təyyarə dənizə düşdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR