Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspanağın əvəzolunmaz faydaları - FOTO

İspanağın əvəzolunmaz faydaları - FOTO

Tarix: 29 Mart 2024 05:06

İspanaq orqanizmdə iltihabı azaldır və yaşlanma prosesini ləngidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Arizona Dövlət Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bildiriblər. Onların araşdırmalarının nəticələri "Food & Function" jurnalında dərc olunub.

Məqalədə deyilir ki, bu məhsul həm də lutein və "A", "C" və "K" vitaminləri ilə zəngindir. Bu qida komponentləri gözün normal fəaliyyətini, rəng qavrayışını və görmə kəskinliyini təmin etmək üçün lazımdır, həmçinin qanın laxtalanmasını tənzimləyir, dərinin, sümüklərin və ürəyin sağlamlığını qoruyur.

Alimlər ispanağın təbii antioksidant xüsusiyyətlərə malik olduğunu da qeyd ediblər.

Mütəxəssislər ispanağın bişirilmə üsulunun onun qida dəyərinə təsir etdiyini vurğulayıblar. Onların sözlərinə görə, bitkinin yarpaqlarını az yağda qızartmaq, çiy halda yemək və ya smuzilərə əlavə etmək daha yaxşıdır.

Milli.Az


Etiketlər:  İspanağın əvəzolunmaz faydaları FOTO


RƏYLƏR