Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könül Kərimova: “Qayınanam mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik edirdi''

Könül Kərimova: “Qayınanam mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik edirdi''

Tarix: 29 Mart 2024 09:50

"Keçmiş qayınanamla olan münasibət məni qanə edirdi. Qayınanamı çox istəmişəm. Çünki o, doğma xalam idi". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib. 

Kərimova bildirib ki, onun oğlu ilə boşanması xalasına pis təsir edib: 

"Mən qayınanamı istədiyim kimi o da məni bir övladı kimi çox istəyirdi. Hərdən o mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik də edirdi. Mən isə ona deyirdim ki, qətiyyən belə etmə. Digər gəlinlərin səndən buna görə inciyə bilərlər. Deyərlər ki, bu özününküdür, hər zaman da bunu (özünü nəzərdə tutur - red.) hamıdan yaxın tutur. Onun oğlu ilə ayrılmağım ona pis təsir göstərdi". 

Qeyd edək ki, Könül Kərimovanın iki övladı var - Rəşad və Ləman.


Etiketlər:  Könül Kərimova Qayınanam mənimlə başqa gəlinləri arasında ayrı seçkilik edirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ