Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparıldı - VİDEO

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparıldı - VİDEO

Tarix: 29 Mart 2024 13:10

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb.

V.Avetisyan baş verənlərə görə, Ermənistanın baş naziri Nikol Paşinyanı günahlandırıb.

Qeyd edək ki, Volodya Avetisyan N.Paşinyanı mütəmadi tənqid edən keçmiş hərbçilərdəndir. O, N.Paşinyanı Azərbaycana məxsus olan əraziləri Bakıya qaytarmaqda, döyüşsüz təslim etməkdə ittiham edir.

"Nikol Paşinyan öz ölkəsini qorumaq istəyən bütün vətənpərvərləri təqib edir", - Volodya Avetisyan.

Milli.Az


Etiketlər:  Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparıldı VİDEO


RƏYLƏR