Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2024 15:42
Qadınlar yuyucu vasitələr alarkən onlara vurulan xoş ətirli qoxulara aldanırlar. Bu qoxu isə insan orqanizmi üçün çox zərərlidir. Yuyucu tozlara vurulan ətirlər onların tərkibində olan kimyəvi maddələrin qoxularını aradan qaldırmaq üçün istifadə olunur.
Bəs yuyucu tozlara vurulan kimyəvi maddələrin insan orqanizminə nə kimi ziyanları var?
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan toksikoloq Vahid Rzayev bildirib ki, istənilən yuyucu tozun tərkibində ağardıcı, fosfat və xlor tərkibli maddələr olur.
"Onların arasında ən geniş yayılan kimyəvi maddə hipoxloriddir. Bu da, əsasən, ağ paltarlarda süni ağlıq yaradır. Yuyucu tozların tərkibində olan bu maddələr tozlanma ilə nəfəs yollarına keçərək ürək damar və onkoloji xəstəliklərin yaranmasına səbəb olur".
Vahid Rzayev qeyd edib ki, bu maddələr dəri ilə təmasda olduqda, dəridə qızartılar və qaşınma yaradır.
"Beləliklə, həmin maddələr dəri vasitəsilə orqanizmə mənfi təsir göstərir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. Bu zaman isə ekzema, neyrodermatit və psoriaz da daxil olmaqla bir çox dəri patologiyaları yarana bilir. Yerli allergik reaksiyalardan başqa, kimyəvi maddələrin kəskin qoxusu halsızlıq, baş ağrısı yarada, eləcə də müqaviməti də zəiflədə bilir. Məhz bu baxımdan uşaq paltarları üçün nəzərdə tutulmuş sadə tərkibli yuyucu tozlardan istifadə etmək lazımdır. Çünki onların tərkibində xlorlu birləşmələr olmur. Bundan əlavə, bu halların qarşısını almaq üçün qoxusu az olan dənəvər halda satışa buraxılan yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yuyucu vasitələrdə təmasda olarkən əlcəklərdən istifadə etmək tövsiyə edilir".