Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Oskar” mükafatçısı vəfat etdi

“Oskar” mükafatçısı vəfat etdi

Tarix: 29 Mart 2024 20:20

Ən yaxşı ikinci plan aktyoru nominasiyasında "Oskar" qazanan ABŞ-li aktyor Louis Qossett 87 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Bildirilib ki, aktyor Kaliforniyanın Santa Monika şəhərində dünyasını dəyişib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

Agentliyin məlumatına görə, Louis Qossett 1983-cü ildə ikinci plan aktyoru kateqoriyasında "Oskar" üçün namizəd olub və mükafatı "An Officer and a Gentleman" (1982) filmindəki roluna görə qazanıb. Qossett eyni filmdə ən yaxşı ikinci plan aktyoru nominasiyasında "Qızıl Qlobus Mükafatı"nı da qazanıb.

Milli.Az


Etiketlər:  Oskar mükafatçısı vəfat etdi


RƏYLƏR