Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 07:32
Bakı. Trend:
Filippinin şimalında baş verən yol qəzasında 3 nəfər həlak olub, 73 nəfər yaralanıb.
Trend-in məlumatına görə, Keson əyalətində yol üzrə gedən avtobus, qarşı zolaqda hərəkət edən yük maşını ilə toqquşub.
İlkin məlumata əsasən, hadisə avtobus sürücüsün yük maşınını ötməyə cəhd edərkən baş verib.
Qeyd edilir ki, sürücü daxil olmaqla yük maşınıda olan iki nəfər, eləcə də avtobus sərnişinlərindən biri də yerində ölüb. Yaralananlar xəstəxanaya yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin