Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edildi

Casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edildi

Tarix: 31 Mart 2024 15:42

Avstriyanın Konstitusiyanın Mühafizəsi və Terrorçuluqla Mübarizə üzrə Federal İdarəsinin (BVT, hazırda fəaliyyətini dayandırıb) keçmiş əməkdaşı Egisto Otto Rusiya üçün casusluqda şübhəli bilinərək həbs edilib.

Milli.Az olke.az-a istinadən bildirir ki, bu barədə ölkə prokurorluğunun mətbuat katibi Nina Bussek məlumat verib.

Otto Vyana prokurorları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və Avstriyanın zərərinə gizli kəşfiyyat xidmətlərindən istifadə ittihamı ilə istintaq altındadır.

Telekanalın qeyd etdiyi kimi, ona qarşı istintaq uzun illərdir ki, davam edir: o, həmçinin BVT zabiti kimi məxfi məlumatları satmaq üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

Milli.Az


Etiketlər:  Casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ