Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2024 12:50
"Yaxşı ki, bayağı ifaçı deyilik. Bayağı olmaqdansa, ekstravaqant olmaq daha yaxşıdır".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib.
Sənətçi səhər verilişlərinin aparıcılarından və qonaqlarından gileylənib:
"Səhər-səhər televizoru açıb, bu bayağıları görürsən... Bəzi aparıcıların geyimlərinə baxırsan, sonra da onların dəvət etdikləri qonaqlara... Səhər-səhər o müğənniləri efirə dəvət edərlər? Elə bil ki, səhər-səhər bozbaş yeyirsən, dolma yeyirsən. Səhər bal, yağ, qaymaq yeyərlər. Təsəvvür edin, bunlar adama səhərlər aş, üstündə də qara verirlər. Bunlar adama "it yalı" verirlər". Heç olmasa insanları düşünün".