Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Türkiyə müxalifətini təbrik etdi, qalmaqal yarandı

İsrail Türkiyə müxalifətini təbrik etdi, qalmaqal yarandı

Tarix: 2 Aprel 2024 08:30

İsrailin xarici işlər naziri İsrail Katz martın 31-də Türkiyədə bələdiyyə seçkilərində qələbəsi münasibətilə türk müxalifətini təbrik edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Katz xüsusilə İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başqanı Mansur Yavaşa təbrik ünvanlayıb.

O, seçkilərdə hakim AKP-nin məğlubiyyətini "Prezident Ərdoğana açıq mesaj" adlandırıb:

"İsrailə hücum etmək artıq işə yaramır, o, yeni şeylər tapmalıdır".

Qeyd edək ki, İsrail XİN başçısının təbriki və xüsusilə Prezident Ərdoğan barədə sözlərinə Türkiyə mediası sərt reaksiya verib.


Etiketlər:  İsrail Türkiyə müxalifətini təbrik etdi qalmaqal yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ