Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ölməkdən qorxmuram, oğluma görə narahatam'' - Əməliyyat olunan Sevda

''Ölməkdən qorxmuram, oğluma görə narahatam'' - Əməliyyat olunan Sevda

Tarix: 2 Aprel 2024 14:45

"2 il bundan əvvəl süd vəzimdə xırda bir şişin olduğunu hiss etmişdim. Əhəmiyyət vermədim. Dedim ki, boş şeydir, keçib gedər. Üstündən 2 il keçdi fındıq boyda şiş şişdi oldu yumurta boyda. Gördüm ki, artıq bu ciddi bir məsələdir. Ondan sonra getdim həkimlərin yanına. Onlar məni müayinə etdilər, bütün analizləri verdim. Dedilər ki, sizin belə bir xəstəliyiniz var (süd vəzinin onkoloji xəstəliyi - red.). Əməliyyat olundum. Şükürlər olsun ki, artıq özümü yaxşı hiss edirəm".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "Xeyirli axşamlar" verilişində deyib. Xəstəliyindən danışan sənətçi hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Anam mənə dəfələrlə deyirdi ki, kaş mənə olardı, sənə yox. Söyləyirəm ki, bu Allahın işidir. Heç zaman elə şey demək lazım deyil. Hərənin öz vaxtı var. Allaha dua edin ki, sağlamlığıma qovuşum. Yaşamağım uzansın. Ölməkdən qorxmuram. Allah nə yazıbsa, o da olacaq. Gözə gəldim".

İndi də çiyinlərimdə yüküm var. Pozitiv olmağa çalışıram. İstəmirəm öz dərdimi və ya neqativimi kimlərəsə danışaraq, ötürüm. Özümü ruhsuz hesab etmək istəmirəm. Qoy içimdə ki, elə içimdə qalsın. Özümə görə deyil, oğluma görə narahatam. Onu heç zaman tək qoymaq istəmirəm. Mən onun dayağıyam. O mənimlə, mən də onunla nəfəs alıram".


Etiketlər:  Ölməkdən qorxmuram oğluma görə narahatam Əməliyyat olunan Sevda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ