Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Böhtan atmaqla, dedi-qodu yaymaqla..."

Tarix: 2 Aprel 2024 20:26

"Yerli televiziyaların Yutub reytinqi aşağı olduğu üçün buna güya inanmayanlar, mübahisələndirənlər, qəbullana bilməyənlər reallıq hissini itirmiş, obyektivlikən uzaq qeyri-peşəkar davranırlar".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial media hesabında yazıb:

"Ümumiyyətlə, Yutub nəticələrini hesablamağı hamı bacarar. İstənilən kanalın əsas səhifəsinə, xəbər lentinə, videolar bölməsinə daxil olun və günlər üzrə neçə post (video) paylaşıldığını sayın. Sonra həmin videoların altındakı baxış sayını bir-bir kalkulyatorla hesablayın, alınan rəqəm nədirsə, nəticə də odur.

Əgər söbət günlük reytinqdən gedirsə, eyni şeyi aylıq hesablamada da etmək olar. İstənilən ayı seçin başından sonuna kimi günlər üzrə bir-bir videoları (postları) sayın, altındakı baxış sayı rəqəmlərini hesablayın, alınan toplam rəqəm nədirsə, nədicə odur. Kor-kor, gör-gör...

Adətən müəyyən videoların baxışı aylarla davam edə bilər. Ona görə də üç ay əvvəlki bir dövrü indi hesablasanız, fərqli rəqəm ortaya çıxa bilər. O da beş aşağı, beş yuxarı fərq olacaq.

Ümumiyyətlə, peşəkar insanlar obyektiv olmalıdırlar. Başqalarının uğurunu və öz uğursuzluqlarını soyuq başla təhlil edib, problemi aradan qaldırmalıdırlar.

Böhtan atmaqla, dedi- qodu yaymaqla, guya rişxənd etməklə reallığı dəyişmək mümkün deyil".

Milli.Az


Etiketlər:  Böhtan atmaqla dedi qodu yaymaqla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ