Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 13:20
İspaniya Futbol Federasiyası millinin baş məşqçisi vəzifəsinə yenidən Luis Enrikeni gətirməyə qərar verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Qurumun yaxın vaxtlarda bu təyinatı rəsmən açıqlayacağı gözlənilir.
Bu isə o deməkdir ki, yığmanın hazırkı baş məşqçisi Roberto Moreno vəzifəsindən ayrılacaq. L.Enrikenin qızının səhhətindəki problemlər səbəbindən millidən ayrılmasından sonra onun köməkçisi R.Moreno baş məşqçi təyin olunmuşdu. 42 yaşlı çalışdırıcı Enrike qayıtmaq istəyəcəyi təqdirdə, ayrılmağa hazır olduğunu bildirmişdi. Ancaq yaya qədər müqaviləsi olan Moreno Rumıniya üzərində 5:0 hesablı qələbədən sonra vəzifəsindən ayrılacağını öyrənib. Bu durumdan məyus olan ispan mütəxəssis stadionu göz yaşları içində tərk edib və mətbuat konfransına qatılmayıb.
Qeyd edək ki, L.Enrike ailə problemlərinə görə iyun ayında İspaniya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. Onun 9 yaşlı qızı Xana avqustda sümük xərçəngindən dünyasını dəyişib.