Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 00:50
Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunda avtobus "KamAZ"la toqquşub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, ölən yoxdur.
"Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Beş nəfər Petuşinski rayon Xəstəxanasına yerləşdirilib: 4 nəfərin vəziyyəti orta-ağırdır, digər yaralı isə reanimasiyada, vəziyyəti ağırdır. Ölən yoxdur", - məlumatda bildirilir.
Qeyd edilir ki, 10 yaralının bədəninin müxtəlif nahiyələrində əzilmiş xəsarətlər var. Onlar müayinə olunaraq evə göndəriliblər.