Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 09:40
ABŞ Qəzza zolağına daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat həyata keçirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
"ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə humanitar dəstək göstərmək üçün aprelin 2-də Qəzza zolağının şimalına humanitar yardım aparıb", - komandanlığın sosial şəbəkələrdəki "X"dəki səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.
Qeyd edilir ki, təyyarələr 50 mindən çox qida məhsulunu yerə atıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar" əməliyyatının başlandığını elan edib.