Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarsda iki erməninin ayaqqabılarından qızıl külçələr tapıldı - FOTO

Qarsda iki erməninin ayaqqabılarından qızıl külçələr tapıldı - FOTO

Tarix: 3 Aprel 2024 15:48

Türkiyənin Qars şəhərində Ermənistan vətəndaşlarının ayaqqabılarının içərisində gizlədilmiş qızıl külçələr ələ keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hüquq-mühafizə orqanlarından xəbər verilib.

Məlumata görə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi və Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları təftiş zamanı şübhələndikləri iki nəfəri saxlayıblar.

Ermənistan vətəndaşı olduğu müəyyən edilən şübhəlilərin üzərində axtarış aparan polis onların ayaqqabılarının içərisindən çəkisi 1 kiloqram 51,71 qram olan yeddi ədəd külçə qızıl aşkar edib. Külçələrin bazar qiymətinin 3,5 milyon lirə (təxminən 185 min manat) olduğu qeyd edilib.

Saxlanılanlar barədə cinayət içi açılıb.

Milli.Az


Etiketlər:  Qarsda iki erməninin ayaqqabılarından qızıl külçələr tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ