Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir ölkədə güclü zəlzələ oldu

Daha bir ölkədə güclü zəlzələ oldu

Tarix: 3 Aprel 2024 22:38

Çilidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 215 min nəfərin yaşadığı Konsepsion şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.

Xatırladaq ki, bu gün Tayvanda 7,7 bal gücündə zəlzələ baş verib. Təbiət hadisəsi nəticəsində 10 nəfər ölüb, 963 nəfər xəsarət alıb.


Etiketlər:  Daha ölkədə güclü zəlzələ oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ