Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın ali dini lideri İsraili ivrit dilində hədələdi

İranın ali dini lideri İsraili ivrit dilində hədələdi

Tarix: 4 Aprel 2024 13:52

İranın ali dini lideri Əli Xamenei "X" sosial şəbəkəsində ivrit dilində yazı dərc edib və burada İranın Suriyadakı konsulluğuna hücumdan sonra İsraili hədələyib.

"Allahın köməyi ilə biz sionistləri İranın Dəməşq konsulluğuna qarşı törətdikləri cinayətə görə tövbə etməyə məcbur edəcəyik", - mesajda deyilir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ABŞ İran konsulluğuna hücumdan sonra öz qüvvələrinə mümkün hücumlardan narahatlığını bildirib. Çərşənbə axşamı Xamenei deyib ki, İran konsulluğa hücuma görə İsraili peşman edəcək.

Bazar ertəsi axşam Suriya Müdafiə Nazirliyi İsrailin İranın Dəməşqdəki Baş Konsulluğunun binasına hava zərbəsi endirdiyini bildirib. Konsulluq binasında İranın Suriyadakı səfirinin iqamətgahı da olub və o, xəsarət almayıb. Raket hücumu nəticəsində konsulluğun binası tamamilə dağılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) isə bir neçə generalı və zabiti ölüb.


Etiketlər:  İranın dini lideri İsraili ivrit dilində hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ