Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 12:14
Türkiyədə Ramazan bayramı günlərində magistral və körpü keçidlərində heç bir ödəniş tələb olunmayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan göstəriş verib.
Belə ki, bayram münasibətilə Avtomobil Yolları Baş İdarəsinin (KGM) məsuliyyətində olan magistral yollar, eyni zamanda 15 İyul Şəhidlər Körpüsü ilə Fatih Sultan Mehmet Körpüsü bu gecə 00:00-dan başlayaraq aprelin 15-i 07:00-a qədər pulsuz olacaq.
Bununla yanaşı, Ramazan bayramı günləri ərzində, yəni aprelin 10-u 00:00-dan aprelin 12-sinə qədər şəhərdaxili ictimai nəqliyyat pulsuzdur. Bu qərar, həmçinin 23 Aprel - Milli Suverenlik və Uşaqlar Günü də qüvvədə olacaq.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar Türkiyədə 9 günlük (06-14 aprel) tətil olacaq.