Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskinin ofisi: Ukrayna üçün kritik məqam yaxınlaşır, ABŞ yardım paketini təsdiqləməlidir

Zelenskinin ofisi: Ukrayna üçün kritik məqam yaxınlaşır, ABŞ yardım paketini təsdiqləməlidir

Tarix: 5 Aprel 2024 21:44

"Ukrayna üçün gərgin məqam yaxınlaşır. Buna görə ABŞ Konqresi növbəti yardım paketini tezliklə təsdiqləməlidir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O deyib ki, hazırda ölkəsinin hava hücumundan müdafiə sistemlərinə çox ciddi ehtiyacı var:

"Bizim vaxtımız yoxdur. Bir daha qeyd edirəm ki, hazırda ölkəmiz kritik çağırışlarla üz-üzə qalıb. ABŞ-nin növbəti yardım paketi bu ay ərzində təsdiqlənməsə, vəziyyət daha da mürəkkəbləşəcək".

Milli.Az


Etiketlər:  Zelenskinin ofisi Ukrayna üçün kritik məqam yaxınlaşır ABŞ yardım paketini təsdiqləməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ