Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 08:20
ABŞ Prezidenti Cozef Bayden Misir və Qətər səlahiyyətlilərinə məktub göndərərək, gələn həftə danışıqların yeni raundu başlamazdan əvvəl HƏMAS-ın girovların azad olunmasına dair razılaşmaya əməl edəcəkləri vədlərini təminatını xahiş edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə NBC televiziyası Cozef Bayden administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.
Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə məktub yazıb.
Mənbələrə görə, HƏMAS Qəzzada saxladığı girovları azad etsə, İsrail anklavda atəşi dayandırmağa razı olacaq.