Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Ukraynanın NATO-da olmasını istəmir - Kiyev

ABŞ Ukraynanın NATO-da olmasını istəmir - Kiyev

Tarix: 6 Aprel 2024 08:44

Vaşinqton və Berlin Ukraynanın NATO-ya qoşulması ilə bağlı danışıqların başlanmasına qarşıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina təsdiqləyib.

O, bu məsələ ilə bağlı "Nyu York Tayms" nəşrinin məqaləsinin əsaslı olduğunu təsdiqləyib.

Stefanişina bildirib ki, bu materialın məqsədi həm Kiyevi, həm də NATO üzvlərini hərbi-siyasi blokun iyulda keçiriləcək sammitində mümkün qərarlara hazırlamaqdır.

Baş nazirin müavini qeyd edib ki, ABŞ və Almaniyanın mövqeyi ilə bağlı məlumatlar ictimaiyyətə açıqladıqdan sonra onlar Macarıstan və Slovakiya kimi digər skeptik müttəfiqlərə diqqət yetirməyə çalışacaqlar.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynanın NATO da olmasını istəmir Kiyev


RƏYLƏR