Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ qərar verməlidir: Qlobal gücdür, ya yox?

ABŞ qərar verməlidir: Qlobal gücdür, ya yox?

Tarix: 7 Aprel 2024 08:40

ABŞ ya qlobal lider olmaqda davam etməyə, ya da özünü təcrid edib daxili siyasətlə məşğul olmağ qərar verməlidir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Əgər ölkə birinci variantı seçərsə, Ukraynaya yardım haqqında qanun layihəsinin qəbulunu gecikdirməyi dayandırmalıdır", - müşavir söyləyib.

Onun sözlərinə görə, Rusiya bu müharibədə qalib gəlsə, dünya tamam başqa cür olacaq.

Həmçinin o qeyd edib ki, hazırda Ukraynaya əsas yardım ABŞ deyil, Avropa ölkələrindəndir:

"Ona görə də dövlətimiz bu əməkdaşlığı genişləndirməyi planlaşdırır. Ukraynanın da bu müharibəni aparmaq üçün öz resursları var".


Etiketlər:  ABŞ qərar verməlidir Qlobal gücdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ