Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu: Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq

Netanyahu: Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq

Tarix: 7 Aprel 2024 17:22

İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Netanyahu bu barədə yəhudi dövlətinin həftəlik hökumət iclasında deyib.

"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir" - Netanyahu bildirib.

O, onu da qeyd edib ki, İsrail razılaşmanı əngəlləyən tərəf deyil.

Milli.Az


Etiketlər:  Netanyahu Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ