Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 09:30
Çinin Sincan-Uyğur Muxtar Vilayətində 5 maqnitudada zəlzələ qeydə alınıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Zəlzələnin episentri təxminən 102 min nəfərin yaşadığı Kuça qəsəbəsindən 67 km qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.