Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həyat yoldaşım şəhərdə gəzəndə kimsə ona sataşsa..."

Tarix: 8 Aprel 2024 14:25

Azərbaycan əsilli məşhur qazax reper Jah Xalibin (Bəxtiyar Məmmədov) Qazaxıstandakı fəaliyyətinin dayandırması tələb olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb reperin 2022-ci ildə verdiyi açıqlama olub.

Belə ki, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin məhkəməsi və ümumilikdə Qazaxıstanda qadınlara qarşı zorakılıq mövzusunun müzakirəsi fonunda internet istifadəçiləri Xalibin sözügedən açıqlamasını önə çəkiblər. 

O, açıqlamasında "Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsiz olacaq" sözlərini işlətmişdi.

Sosial media istifadəçiləri reperin mahnılarının silinməsini, konsertlərinin isə ləğv olunması, ümumilikdə, ölkədəki fəaliyyətinin dayandırılmasını tələb ediblər. İstifadəçilər Xalibə qadınların geyimi ilə bağlı şərh verməkdənsə, mahnı yazmağı məsləhət görüblər.

Jah Xalib özü hələ məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Həyat yoldaşım şəhərdə gəzəndə kimsə ona sataşsa


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ