Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanın qaytarmadığı Xeyrimli belə məhv edilib - FOTO

İrəvanın qaytarmadığı Xeyrimli belə məhv edilib - FOTO

Tarix: 8 Aprel 2024 16:54

Qazaxın hələ də Ermənistan işğalı altında olan Xeyrimli kəndinin son görüntüləri yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Fotolardan Ermənistanın Xeyrimli kəndini taladığı, dağıtdığı aydın şəkildə görünür.

Qeyd edək ki, Qazaxın Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistanın işğalı altındadır. Bunlardan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri anklav deyil və sərhədimizə bitişikdir.

Azərbaycan ilkin mərhələdə anklav olmayan kəndlərimizin qaytarılmasını tələb etsə də, Ermənistan rəhbərliyi müxtəlif bəhanələr, xüsusilə "yerli icmaların etirazına görə" prosesi təxirə salmağa davam edir.

Milli.Az


Etiketlər:  İrəvanın qaytarmadığı Xeyrimli belə məhv edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ