Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 19:06
Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi" layihəsi ilə bağlı son təkliflərinə cavab verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O, söyləyib ki, söhbət "Sülh müqaviləsi" layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.
Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.