Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çayı zəhərə çevirən dəmləmə qaydası

Çayı zəhərə çevirən dəmləmə qaydası

Tarix: 9 Aprel 2024 07:09

Çayın faydalı olması onu dəmləmək və içmək üçün müəyyən qaydalara riayət etmək lazımdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, amma bu sağlam içkini zəhərə çevirən dəmləmə və içmə qaydaları var.

Necə çay dəmləmək və içmək olmaz?

Çayı çox yüksək atəşdə dəmləməməlisiniz. Belə çay içmək taxikardiya, əllərin titrəməsi, susuzlaşdırma və həzm problemləri yaradır.

Acqarına çay içməməlisiniz, çünki bu, mədə şirəsinin istehsalını azaldır.

Yeməkdən dərhal sonra çay içməməlisiniz, çünki bu, qidadan zülalın udulmasını pozur. Ən azı yarım saat gözləmək lazımdır.

Çox isti çay içmək qəti qadağandır, çünki bu, özofagus xərçənginə səbəb ola bilər.

Həmçinin, tabletlərinizi çayla qəbul etməməlisiniz. Dərmanlar yalnız su ilə qəbul edilməlidir.

Bundan əlavə, dünənki çayı içməməlisiniz. Bir gecədə çaynikdə qalan çay patogen mikroorqanizmlər üçün çoxalma zəmininə çevrilir.

Milli.Az


Etiketlər:  Çayı zəhərə çevirən dəmləmə qaydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ