Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır”

“Azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır”

Tarix: 9 Aprel 2024 12:16

Ermənistan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan məlumatları təkzib edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan DİN-in Mətbuat xidməti yayıb. 

Bildirilir ki, polis İrəvanda rusiyalı turisti onun üzərində narkotik maddə olması şübhəsi ilə saxlayıb. 

Polis bölməsinə aparılan həmin şəxsdə isə narkotik maddə aşkar edilməyib. Onun Ermənistana turist kimi səfər etdiyi məlum olub. 

Qeyd olunur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması barədə şayiələr yayılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ