Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nicat hindistanlı şahmatçı ilə üz-üzə

Nicat hindistanlı şahmatçı ilə üz-üzə

Tarix: 9 Aprel 2024 15:06

Bu gün şahmat üzrə İddiaçılar Turnirində V turun oyunları keçiriləcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Dommaradju Qukeşlə qarşılaşacaq.

Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayacaq. Nicat Torontoda ilk qələbəsini qazanmağa çalışacaq.

İddiaçılar Turniri
V tur, 9 aprel
Alireza Firuzya - Hikaru Nakamura
Dommaradju Qukeş - Nicat Abasov
Vidit Santoş Qujrati - Fabiano Karuana
Rameşbabu Praqnanandja - Yan Nepomnyaşi

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) - 3, 2. Dommaradju Qukeş (Hindistan) - 2,5, 3. Fabiano Karuana (ABŞ) - 2,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) - 2, 5-7. Alireza Firuzya (Fransa) - 1, Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) - 1, 8. Vidit Santoş Qujrati (Hindistan) - 1,5..

Qeyd edək ki, Abasov VI turda Rameşbabu Praqnanandja ilə üz-üzə gələcək. Təmsilçimiz yenə qara fiqurlarla oynayacaq.

Milli.Az


Etiketlər:  Nicat hindistanlı şahmatçı ilə üz üzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ