Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 18:20
"Qadın həmrəyliyi bir yana, mən heç kişiyə qarşıda belə etmərəm. Hamımız valideynik. Hər şeyin sərhəddi var, çərçivəni keçmək olmaz".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib. O, reytinq xatirinə proqramında şou yaratmağı sevmədiyini deyib:
"Bəzi telekanallarda sərhəddi ola bilsin ki, keçirlər. Deyirlər, nə yaxşı bunu etdim. Keçdi o dövrlər. Reytinq xatirinə nəsə etmək olar. Amma mən reytinqə görə kimlərisə itirmək istəmirəm. Tamaşaçı bezib: filankəsin ayağı belə oldu, onun əri hardadı, niyə bu bu elə oldu. İnsanlar bunlardan doyub. Biz verilişlə istirahət edirik. Burada neqativ heç nə ola bilməz, balansı qorumağa çalışırıq".