Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu, Bakıdakından fərqli oyun olacaq" - Slovakiyalı futbolçu

Tarix: 19 Noyabr 2019 20:20

Slovakiya yığmasının futbolçusu Robert Bojenik bu gün Trnavada Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə ölkə mətbuatına açıqlama verən 20 yaşlı hücumçu rəqibi qiymətləndirməli olduqlarını deyib:

"Rəqibi qiymətləndirməyə bilmərik. Bu, Bakıdakından fərqli qarşılaşma olacaq. Bizə ikinci matçımızı da belə keçirmək lazımdı. Səfərdə oyunu necə yüksək səviyyədə keçirdiyimizi bilirik. Biz həmin matçı xatırlamalı və eyni cür çıxış etməliyik".

Qeyd edək ki, Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
 


Etiketlər:  Bu Bakıdakından fərqli oyun olacaq Slovakiyalı futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ