Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

Tarix: 10 Aprel 2024 08:56

NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.

O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.

Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.

Milli.Az


Etiketlər:  NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ