Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Natiq Şirinovun evində toy OLACAQ - FOTO

Natiq Şirinovun evində toy OLACAQ - FOTO

Tarix: 10 Aprel 2024 10:40

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. 

Bu barədə aparıcı Nanə Ağamalıyeva "7 Tamam" verilişində bildirib.

Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarından birində keçiriləcək. 

Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natiqoğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir.

Milli.Az


Etiketlər:  Natiq Şirinovun evində toy OLACAQ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ