Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar" - Vüqar Məmməd

Tarix: 19 Noyabr 2019 21:20

“Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindir".
 
Qol.az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Qazaxıstana uduzduqları oyundan sonra deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar”.
 


Etiketlər:  Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar Vüqar Məmməd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ